...

Parisdə Yeni il gecəsi təhlükəsizliyi 12 min polis əməkdaşı təmin edəcək

Dünya xəbərləri Materials 1 Yanvar 2019 01:29 (UTC +04:00)
Fransanın paytaxtı Parisdə Yeni il gecəsi təhlükəsizliyi 12 min polis əməkdaşı təmin edəcək
Parisdə Yeni il gecəsi təhlükəsizliyi 12 min polis əməkdaşı təmin edəcək

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə Yeni il gecəsi təhlükəsizliyi 12 min polis əməkdaşı təmin edəcək.

Trend-in məlumatına görə, bu barədə Paris polisinin prefekturasının nümayəndəsi "BFM" telekanalına bildirib.

Bildirilir ki, daha çox diqqət Yelisey çöllərinə yönəldiləcək. Buna səbəb isə "sarı jiletlər" aksiyalarının iştirakçılarının Yeni il gecəsi Yelisey çöllərində toplanacağı barədə məlumatdır.

Qeyd edilir ki, aksiyada 8 mindən artıq etirazçının iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.

Xəbər lenti

Xəbər lenti