Bakı. Tural Turan - Trend:
Burkina-Fasonun Yatenqa əyalətində törədilən terror aktı nəticəsində 14 dinc sakini ölüb. Trend-in məlumatına görə, hadisə 3 fevraldan növbəti günə keçən gecədə baş verib.
Ordu, öz növbəsində, cavab atəşi açıb və 116 terrorçunu məhv edib. Belə əməliyyatların davam etdirildiyi bildirilib.