Bakı. Tural Turan - Trend:
Yunanıstan sahillərində, İonik dənizində 4.5 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələnin episentri Afinadan 250 km qərbdə olub. Zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.