...

Şotlandiyada qar uçqunu nəticəsində üç alpinist ölüb, biri yaralanıb

Dünya xəbərləri Materials 13 Mart 2019 08:12 (UTC +04:00)
Şotlandiyanın Ben-Nevis dağında bir neçə alpinist qar uçqununa düşüb.
Şotlandiyada qar uçqunu nəticəsində üç alpinist ölüb, biri yaralanıb

Bakı. Trend:

Şotlandiyanın Ben-Nevis dağında bir neçə alpinist qar uçqununa düşüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hadisə yerinə xilasedici helikopterlər və təcili tibbi yardım həkimləri göndərilib.

Polisinin yaydığı məlumatında deyilir: "Şotlandiya polisi dağ xilasetmə əməliyyatını əlaqələndirir və hadisə qurbanlarının yaxınlarına dəstək göstərir".

Qeyd edək ki, Ben-Nevis Şotlandiyadakı Qrampian dağlarının ən yüksək zirvəsidir. Onun hündürlüyü 1344 metrə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti