Bakı. Trend:
Hindistanın Narayanpet şəhərində tikilməkdə olan tunelin çökməsi nəticəsində azı 10 nəfər həlak olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər isə xəsarət alıb.
Həlak olanlar tikintidə işləyən fəhlələr olub.
Dağıntılar altında başqa insanların qaldığı deyilir. Hadisə yerində xilasetmə və axtarış işləri aparılır.