Bakı. Trend:
İndoneziya hökuməti əhaliyə sunami xəbərdarlığı edib.
Trend-in məlumatına görə, xəbərdarlıq baş vermiş son zəlzələdən sonra edilib. Artıq xəbərdarlıqla əlaqədar bəzi rayonlarda əhalinin təxliyəsinə başlanıldığı bildirilir.
Qeyd edək ki, İndoneziyanın Sulavesi adası sahillərində 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ Luvak yaşayış məntəqəsindən 107 kilometr məsafədə,13 kilometr dərinlikdə qeydə alınıb.