...

Notr-Dam kilsəsinin yerləşdiyi adanın sakinləri təxliyə edilib

Dünya xəbərləri Materials 16 Aprel 2019 02:29 (UTC +04:00)
Fransanın Site adasının sakinləri təxliyə edilib
Notr-Dam kilsəsinin yerləşdiyi adanın sakinləri təxliyə edilib

Bakı. Trend:

Fransanın Site adasının sakinləri təxliyə edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, buna səbəb adada yerləşən Notr-Dam kilsəsində baş verən yanğın olub.

Bildirilir ki, yanğın baş verən əraziyə ölkə prezidenti Emmanuel Makron və baş nazir Eduard Filip də gəliblər.

Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsi yanır. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edir və hadisə yerinə yanğınsöndürən briqadaları gəlməkdə davam edir.

Kilsənin damı və üzərində olan saat uçub. Alov yayılmağa davam edir.

Xəbər lenti

Xəbər lenti