...

Si Cinpin Dostoyevskidən sitat dedi: Gözəllik dünyanı xilas edəcək

Dünya xəbərləri Materials 7 İyun 2019 21:30 (UTC +04:00)
Çin rəhbəri Si Jinpin Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı rus yazıçısı Fyodor Dostoyevskidən sitat gətirib
Si Cinpin Dostoyevskidən sitat dedi: Gözəllik dünyanı xilas edəcək

Bakı. Trend:

Çin rəhbəri Si Cinpin Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı rus yazıçısı Fyodor Dostoyevskidən sitat gətirib.

Trend-in məlumatına görə, çinli lider ətraf mühitin mühafizəsinə diqqət çəkib.

O çıxışı zamanı yazıçının "İdiot" əsərindən fikir səsləndirib:

"İnsanla təbiətin ahəng təşkil edəcəyi daha gözəl dünyanın qurulması üçün "yaşıl" inkişafı dəstəkləmək lazımdır. Rusiyalı yazıçı Dostoyevskinin dediyi kimi: "Gözəllik dünyanı xilas edəcək!"

Qeyd edək ki, iyunun 6-da başlayan Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 8-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti