...

Nigeriya sahilində Türkiyə gəmisi oğurlandı

Dünya xəbərləri Materials 16 İyul 2019 15:50 (UTC +04:00)
Nigeriya sahillərində Türkiyəyə məxsus yük gəmisi dəniz quldurları tərəfindən oğurlanıb.
Nigeriya sahilində Türkiyə gəmisi oğurlandı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Nigeriya sahillərində Türkiyəyə məxsus yük gəmisi dəniz quldurları tərəfindən oğurlanıb. Trend-in məlumatına görə, gəmidə 10 nəfərin olduğu bildirilir.

Məlumata görə, gəmidəkilər hamısı Türkiyə vətəndaşıdır.

Oğurlanan gəmi Türkiyənin "Kadıoğlu Denizcilik" şirkətinə məxsusdur.

Hadisə ilə bağlı başqa detallar açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti