...

NATO baş katibinə yeni müavin təyin edildi - KİM?

Dünya xəbərləri Materials 17 İyul 2019 18:06 (UTC +04:00)
NATO Baş katibinə yeni müavini təyin edilib.
NATO baş katibinə yeni müavin təyin edildi - KİM?

Bakı. Trend:

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Baş katibinə yeni müavin təyin edilib.

Trend-in məlumatına görə, Yens Stoltenberqin müavini rumıniyalı Mirça Coane olacaq.

O, bu ilin oktyabrında fəaliyyətə başlayacaq.

Qeyd edək ki, sülhün qorunmasını, azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı olan NATO 4 aprel 1949-cu ildə qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti