Bakı. Trend:
Təxminən 20 terrorçu Burkina Fasonun Pissila vilayətinin Diblu kəndinə hecum edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, silahlı hücum nəticəsində 14 nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb.
Bildirilir ki, terrorçular yerli sakinlərin mağazalarını və motosikletlərini yandırıblar. Yerli bazarı demək olar ki, tamamilə talan edilib.