Bakı. Trend:
Solomon adaları dövlətinə məxsus Santa Krus arxipelağında Utupua adasının qərb sahillərində okeanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avstraliyanın Milli seysmoloji xidməti bildirib.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 01:05-də başlayıb. Yeraltı təkanların episentri Utupua adasının sahil zolağından 50 kilometr şimal-qərbdə, ocağı isə isə 77 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.