...

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 29 Avqust 2019 06:48 (UTC +04:00)
Yaponiyanın şimal prefekturaları Aomori və Hokkaydonun yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib
Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Yaponiyanın şimal prefekturaları Aomori və Hokkaydonun yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın Milli Meteoroloji İdarəsi xəbər verib.

Məlumata əsasən, sunami təhlükəsi elan edilməyib.

Yeraltı təkanların episentri Honsyuvə Hokkaydo adaları arasında Sakit Okeanda, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Zəlzələlər şimal-şərq Honshu bölgəsindəki Akita, İvate və Miyagi prefekturalarında da hiss edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti