...

İranda Aşurada faciə - Ölən var

Dünya xəbərləri Materials 10 Sentyabr 2019 17:55 (UTC +04:00)
Pikap avtomobili Aşura günü mərasimini qeyd edən kütlə ilə toqquşub.
İranda Aşurada faciə - Ölən var

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Əhər rayonunun Əliabad məhəlləsində pikap avtomobili Aşura günü mərasimini qeyd edən kütlə ilə toqquşub.

Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin tibbi hadisələr və təcili yardım mərkəzinin direktoru Murtaza Hüseynzadə deyib.

M.Hüseynzadənin sözlərinə görə, qəza nəticəsində 9 yaşında uşaq həlak olub, 5 nəfər ağır xəsarət alıb.

M.Hüseynzadə əlavə edib ki, yaralılar vəziyyəti ağır olduğuna görə dərhal Təbrizə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti