Bakı. Trend:
Kolumbiyanın qərbində təyyarə qəzaya uğrayıb.
Trend-in "El Tiempo" qəzetinə istinadən verdiyi məlumata görə, insident Popayan şəhərində (Kauka departamentinin paytaxtı) baş verib.
Məlumata əsasən, Lopes-de-Mikay bələdiyyəsi istiqamətində uçan ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
Bildirilir ki, təyyarənin göyərtəsində 9 nəfər olub. Xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.
Təyyarənin qəzaya uğramasının səbəbi məlum deyil.