Bakı. Trend:
Amerikalıların yarısından çoxu Konqresdə demokratlar tərəfindən ABŞ prezidenti Donald Trampın impiçment prosedurunu təqdir edir.
Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti və "NBC" telekanalının sifarişi ilə keçirilən sorğunun nəticələrində deyilir.
Sorğuda iştirak edənlərin 55 faizi hesab edir ki, demokratlar ABŞ Konqresində imöiçment prosedurunu başladaraq düzgün addım atıblar.
Respondentlərin 39 faizi isə impiçment prosedurunu dəstəkləmir.
ABŞ prezidenti Donald Trampın fəaliyyətini 43 faiz respondent dəstəkləyir.
Qeyd edilir ki, soröu 4-6 oktyabr tarixlərində keçirilib. Sorğuda 800 nəfər iştirak edib.