Bakı. Trend:
Meksikada yük maşını minik avtomobili ilə toqquşub.
Trend-in "Sinhua" agentliyinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 9 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.
Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
İnsident Mexiko-Keretaro avtomobil yolunda yerli vaxtla saat 08:00-da baş verib.