...

Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Dünya xəbərləri Materials 22 Oktyabr 2019 14:09 (UTC +04:00)
Almaniyanın paytaxtı Berlində fermerlərin tətili ilə əlaqədar şəhərin mərkəzi küçələri bağlanıb
Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində fermerlərin tətili ilə əlaqədar şəhərin mərkəzi küçələri bağlanıb.

Trend-in məlumatına görə, fermerlər şəhərə yüzlərlə traktor və digər kənd təsərrüfatı texnikası cəlb edib.

Qeyd olnur ki, etirazlar hökumətin aqrar siyasətinə qarşı yönəlib. Fermerlər iddia edir ki, bu yay baş vermiş quraqlıqla əlaqədar hökumət kənd təsərrüfatına lazımi qədər yardım göstərməyib.

Hazırda Berlində aksiya ilə əlaqədar yol hərəkətinin nizamlanması üçün 600 polis cəlb olunub.

Tətil Almaniyanın digər şəhərlərində də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti