Bakı. Trend:
İndoneziya sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Manado şəhərindən 169 kilometr şərqdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyi sunami təlükəsi elan edib.