...

Tehranda güclü qar yağması ilə əlaqədar məktəblər bağlanıb

Dünya xəbərləri Materials 17 Noyabr 2019 02:43 (UTC +04:00)
İranın Tehran vilayətində bütün ibtidai və orta məktəblər güclü qar yağması səbəbindən noyabrın 17-də bağlanılacaq
Tehranda güclü qar yağması ilə əlaqədar məktəblər bağlanıb

Bakı. Trend:

İranın Tehran vilayətində bütün ibtidai və orta məktəblər güclü qar yağması səbəbindən noyabrın 17-də bağlanılacaq.

Trend-in məlumatına görə, bu barədə "İSNA" agentliyi vilayətin qubernatoru Mohseni Banpeyaya istinadən bildirib.

M.Banpeya deyib ki, meteoroloji xidmətin proqnozuna görə, Tehran vilayəti üzrə ibtidai və orta məktəblər səhər və günorta növbələrində bağlanacaq, artıq noyabrın 17-də bağlı olacaq.

Agentlik bildirir ki, hava proqnozuna görə, həftə sonları Tehranda qar, yağış və güclü külək gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti