...

Afinada Amerika əleyhinə nümayişlər keçirilir

Dünya xəbərləri Materials 18 Noyabr 2019 03:53 (UTC +04:00)
Afina Politexnik Universitetində 1973-cü ildə "qara polkovniklər" xuntasına qarşı baş vermiş qiyamın 46-cı il dönümündə Amerika əleyhinə nümayişlər keçirilir
Afinada Amerika əleyhinə nümayişlər keçirilir

Bakı. Trend:

Afina Politexnik Universitetində 1973-cü ildə "qara polkovniklər" xuntasına qarşı baş vermiş qiyamın 46-cı il dönümündə Amerika əleyhinə nümayişlər keçirilir.

Trend-in məlumatına görə, nümayiş gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə müşahidə olunur.

1973-cü ildə hərbi xuntaya qarşı tələbə üsyanı qəddarcasına yatırılmışdı, lakin xuntanın süqutuna səbəb olmuşdu. Üsyanın il dönümü hər il üç gün qeyd olunur. Yunanlar 1967-1974-cü illərdə ABŞ-ı xuntanı dəstəkləməkdə günahlandırdılar və üsyanın il dönümündə ənənəvi olaraq tələbələr ABŞ səfirliyinin önündə kütləvi aksiyalar keçirirlər.

Əsas polis qüvvələri daima anarxistlər və polis arasında toqquşmalar səhnəsinə çevrilən Ekzarxiya bölgəsində cəmləşib.

Noyabrın 15-də ABŞ səfirliyi, kütləvi nümayişlər ərəfəsində, Amerikanın Afinadakı diplomatik nümayəndəliyi, Salonikidəki Baş Konsulluğu və kütləvi etiraz aksiyalarının yaxınlığında görünməmələrini tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti