...

Türkiyədə mebel fabrikində yanğın baş verib

Dünya xəbərləri Materials 26 Dekabr 2019 08:01 (UTC +04:00)
Türkiyədə mebel fabrikində yanğın baş verib
Türkiyədə mebel fabrikində yanğın baş verib

Bakı. Trend:

Türkiyədə mebel fabrikində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə İstanbul vilayətinin Sultanqazi rayonunda baş verib.

Yanğın daha sonra yaxınlıqda yerləşən başqa bir mebel fabrikinə yayılıb.

Hadisə yerinə yanğınsöndürənlər briqdası cəlb edilib. Yanğın nəzarət altına alınıb.

Bildirilib ki, yanğının səbəbi bilinmir. Müəssisələrə böyük maddi ziyan dəydiyi də qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti