Bakı. Trend:
ABŞ regionda gərginliyin azaldılması üçün heç bir ilkin şərt olmadan İranla danışıqlara hazırdır.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftın Təhlükəsizlik Şurasına ünvanlanan məktubunda deyilir.
"ABŞ İran tərəfindən beynəlxalq sülhə və sabitliyə təhdidlərin qarşısını almağa çalışır", - deyə Kraft bildirib.
Məktubda əlavə olunur ki, iranlı general Qasım Süleymaninin öldürülməsi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğundur. Həmin maddə dövlətlərə özünümüdafiə hüququ verir.