...

Honkonq Çinə koronavirusla mübarizəyə 143 milyon dollar ayırır

Dünya xəbərləri Materials 12 Fevral 2020 08:06 (UTC +04:00)
Vəsaitin müvafiq hissəsi ehtiyacı olan bölgələr arasında bölüşdürülmək üçün Çinin Qırmızı Xaç təşkilatına yönəldiləcək
Honkonq Çinə koronavirusla mübarizəyə 143 milyon dollar ayırır

Bakı. Trend:

Honkonq ictimaiyyəti COVID-2019 virusuna qarşı mübarizə üçün Çinə 1 milyard yuan (143 milyon dollardan çox) məbləğində maliyyə yardımı göstərəcək.

Trend-in məlumatına görə, məbləğin təxminən 13 faizi Çinin xüsusi inzibati bölgəsinin sakinləri tərəfindən Honkonqun mərkəzi hökuməti vasitəsi ilə köçürülmüşdür. Vəsaitin müvafiq hissəsi ehtiyacı olan bölgələr arasında bölüşdürülmək üçün Çinin Qırmızı Xaç təşkilatına yönəldiləcək.

Koronavirusa qarşı mübarizə üçün böyük vəsait göndərən Honkonq təşkilatları arasında Li Kaşin fondu və nəhəng "Shimao Property" əmlak şirkəti var. Honkonq bir çox idman və ictimai birlikləri bu tədbirə qoşulublar.

Son məlumatlara görə, Honkonqda koronavirusa 49 yoluxma halı baş verib (1 ölüm qeydə alınıb).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti