...

Peruda leysan səbəbilə 5 nəfər həlak olub

Dünya xəbərləri Materials 29 Fevral 2020 08:58 (UTC +04:00)
Perunun cənubunda güclü yağışlar nəticəsində ən azı 5 nəfər həlak olub
Peruda leysan səbəbilə 5 nəfər həlak olub

Bakı. Trend:

Perunun cənubunda güclü yağışlar nəticəsində ən azı 5 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "teleSUR" telekanalı bildirib.

Məlumata əsasən, ən azı 10 nəfər itkin düşüb, 290-dan çox ailə xəsarət alıb. Qeyd edilir ki, ölkə hökuməti respublikanın Ayakuço, Kusko və Puno bölgələrinin bir neçə departamentində fövqəladə vəziyyət elan edib.

Xilasedicilər hazırda itkin düşmüş şəxslərin axtarışını aparır və ziyan dəymiş bina və kommunikasiyalarının bərpası ilə məşğuldurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti