Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə məktəblərin və bağçaların fəaliyyətini dayandırır.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin təhsil naziri Hüseyn əl-Hamadinin "Twitter" səhifəsində deyilir.
Məlumatda bildirilir: "Martın 1-dən başlayaraq ölkədə bağçaların fəaliyyəti dayandırılsın... Nazirliyin qabaqlayıcı tədbirləri çərçivəsində ölkənin əmirliklərində növbəti xəbərdarlığa qədər məktəblərin fəaliyyəti dayandırılsın".
Qeyd edək ki, BƏƏ-də yeni növ koronavirusa 13 yoluxma halı qeydə alınıb, onlardan 3 nəfəri sağalıb.