...

Cənubi Koreyada koronavirus testlərinin təhlükəsiz keçirilməsi üçün kapsullar hazırlanıb

Dünya xəbərləri Materials 6 Aprel 2020 19:15 (UTC +04:00)
Cənubi Koreyada koronavirus testlərinin daha təhlükəsiz keçirilməsi üçün kapsullar hazırlanıb
Cənubi Koreyada koronavirus testlərinin təhlükəsiz keçirilməsi üçün kapsullar hazırlanıb

Bakı. Trend:

Cənubi Koreyada koronavirus testlərinin daha sürətli və təhlükəsiz keçirilməsi üçün kapsullar hazırlanıb.

Trend-in məlumatına görə, kapsullar şəffaf plastikdən hazırlanıb və tibbi əlcəklərlə təmin olunub.

Kapsulun içərisində xüsusi ventilyasiya sistemi sayəsində mənfi atmosfer təzyiqi mövcuddur ki, bu da virusun kapsuldan kənara çıxmasının qarşısını alır.

Beləliklə, həkim yoluxma təhlükəsi olmadan kapsulda olan dəliklər vasitəsilə içəridəki xəstəni müayinə edə bilər.

Hazırda paytaxt Seulda dörd bu cür kapsul fəaliyyət göstərir. Hər xəstədən sonra kapsulun içərisi dezinfeksiya edilir.

Bu cür kapsulların digər ölkələrə də tədarük olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti