...

Fransada sutka ərzində koronavirusdan 1400-dən artıq insan ölüb

Dünya xəbərləri Materials 16 Aprel 2020 00:35 (UTC +04:00)
Fransada sutka ərzində koronavirusdan 1400-dən artıq insan ölüb

Bakı. Trend:

Fransada yeni növ koronavirusdan (COVİD-19) ötən sutka ərzində 1,4 mindən artıq insan ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon mətbuat konfransında bildirib.

J.Salomon bildirib: "Aprelin 15-i axşam saatları üçün ökədə 106 206 təsdiqlənmiş koronavirusa yoluxma halı var, koronavirusdan ölənlərin sayı 17 167 nəfər təşkil edir. Koronavirus epidemiyası hələ də aktiv mərhələdədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti