...

Belçika ÜST-ü qeyd-şərtsiz dəstəkləməyə çağırıb

Dünya xəbərləri Materials 16 Aprel 2020 04:57 (UTC +04:00)
Belçika ÜST-ü qeyd-şərtsiz dəstəkləməyə çağırıb

Bakı. Trend:

Belçika Ümumdünya Səhiyyə Təşkilatını tam dəstəkləyəcək və digər ölkələri də təşkilatı qeyd-şərtsiz dəstəkləməyə çağırır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Belçikanın baş nazir müavini Aleksandr De Kro və xarici işlər naziri Filipp Qoffenin birgə bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, ÜST koronavirus pandemiyası ilə mübarizə üzrə qlobal səylərdə əsas rol oynayır: "Bu pandemiya qarşısında ölkəmiz hər kəsi qeyd-şərtsiz ÜST-ə dəstək olmağa çağırır. ÜST pandemiyaya qarşı beynəlxalq reaksiyanın əlaqələndirilməsində əsas rol oynayır. Təşkilat virusun yayılmasının qarşısını almaq üçün çalışır. Bundan əlavə, ÜST vaksinin yaradılması üzrə səylərə töhfə verir".

Qeyd edilir ki, ÜST ilk növbədə pandemiya qarşısında daha həssas qruplara aid ölkələrə yardımın göstərilməsi üzərində işləyir: "Ölkəmiz bu təşkilatı qətiyyətlə dəstəkləməyə davam edəcək və bu çətin dövrün öhdəsindən gəlmək üçün birlikdə çalışacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti