...

ABŞ-da son sutka ərzində koronavirusdan 4.5 min insan ölüb

Dünya xəbərləri Materials 17 Aprel 2020 08:51 (UTC +04:00)
ABŞ-da son sutka ərzində koronavirusdan 4.5 min insan ölüb

Bakı. Trend:

ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 33 268-ə yüksəlib.

Trend-in məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Universitetin məlumatına əsasən, hazırda ABŞ-da koroanvirusa yoluxanların sayı 671 mini ötüb. Yalnız son sutka ərzində 4 591 nəfər dünyasını dəyişib.

Hər iki göstəriciyə görə ABŞ digər ölkələri qabaqlayır.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 2 milyonu ötüb, 130 mindən artıq insan ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti