...

İtaliyada yeni növ koronavirusdan daha 482 nəfər ölüb

Dünya xəbərləri Materials 18 Aprel 2020 22:55 (UTC +04:00)
İtaliyada yeni növ koronavirusdan daha 482 nəfər ölüb

Bakı. Trend:

İtaliyada yeni növ koronavirusdan (COVİD-19) daha 482 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 23 min nəfəri ötüb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusa 3 491 nəfər yoluxub, yoluxanların ümumi sayı 175 925 nəfərə çatıb.

Bundan əlavə, sağalanların da sayı 2 200 nəfər artaraq 45 min nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti