...

İsveçrədə pandemiyadan mərhələli çıxış planı - Təhsil, iş və xidmət yerlərinin açılacağı TARİXLƏR məlum oldu (FOTO)

Dünya xəbərləri Materials 21 Aprel 2020 09:00 (UTC +04:00)
İsveçrədə pandemiyadan mərhələli çıxış planı - Təhsil, iş və xidmət yerlərinin açılacağı TARİXLƏR məlum oldu (FOTO)

Bakı. Trend:

İsveçrə Konfederasiyasının Federal Şurası COVİD-19 pandemiyası ilə bağlı mərhələli çıxış qərarına gəlib və bununla əlaqədar olaraq, 3 mühüm tarixi (27.04.2020, 11.05.2020 və 08.06.2020) əhalinin diqqətinə çatdırıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Federal Şura üzvləri bir sıra tədbirlərin həyata keçirilməsinə dair razılığa gəlib.

Məlumatda qeyd olunur:

- 27.04.2020-ci il tarixindən ölkədə fəaliyyət göstərən həkimlərin, eləcə də diş
həkimlərinin iş yerlərinin yenidən açılması, eləcə də təcili olmayan bütün xəstələrin xəstəxanalardakı qəbuluna icazə verilir. Federal Şuranın üzvü Alain Berset bildirib ki, əhalinın mütəmadi tibbi müayinədən keçməməsi gələcəkdə səhiyyədə digər problemlər yarada bilər və bununla bağlı tibbi sahədə fəaliyyət göstərən müəssisələrin fəaliyyəti yenidən başlanacaq.

- 27.04.2020-ci il tarixindən bərbərxanaların, gözəllik və kosmetik salonların
açılması. Bununla əlaqədar müvafiq gigiyena qaydalarına əməl olunması və qoruyucu tibbi vasitələrdən istifadə olunması tələb olunur.

- 27.04.2020-ci il tarixindən gül dükanlarının, tikinti və bağ ləvazimatları
mağazalarının açılması.

- 27.04.2020-ci il tarixindən dəfn mərasimlərinin yalnız ailə üzvlərinin iştirakı ilə
keçirilməsi qadağası aradan qaldırılır.

- 27.04.2020-ci il tarixindən mağazalarda satışına qadağa qoyulmuş müxtəlif
çeşidli ləvazimatların satışına icazə verilir.

- 11.05.2020-ci il tarixindən məktəblərin və digər mağazaların açılması
planlaşdırılır. Bununla əlaqədar olaraq, İsveçrə Parlamenti 29 aprel 2020-ci ildə qərar qəbul ecədək.

- 08.06.2020-ci il tarixindən universitetlərin, peşə məktəblərinin, eləcə də
muzeylərin, kitabxanaların, botanika bağlarının, ölkədə mövcud olan zooparkların açılması planlaşdırılır və eləcə də vətəndaşların toplaşmasına icazə veriləcəkdir. Bununla əlaqədar İsveçrə Parlamenti 27 may 2020-ci ildə qərar qəbul edəcək.

Keçirilmiş mətbuat konfransında bildirilib ki, kafelərin, restoranların və digər iaşə obyektlərinin açılması 08 iyun 2020-ci il tarixindən planlaşdırılır, lakin o tarixə qədər əhalinin kafelərdə və restoranlarda virusa yoluxmamasının layihələri üzərində iş aparılacaq və hər bir iaşə obyekti təfərrüatli planı təqdim edəcək.

Mətbuat konfransında çıxış edən İsveçrə Konfederasiyasının prezidenti xanım Simonetta Somaruqa COVİD-19 pandemiyasından çıxış planının mərhələli şəkildə olmasının vacibliyini vurğulayıb və virusun yenidən geniş yayılması halına rast gəlinərsə, fövqəladə vəziyyətin yenidən qüvvəyə minməsinin vacibliyini bildirib.

S.Somaruqa belə bir vəziyyətin olacağı təqdirdə əhalinin böyük stress ilə qarşılaşacağını bildirib və bu halın yaranmaması üçün mərhələli şəkildə çıxış strategiyasının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Mətbuat konfransında 08 iyun 2020-ci il tarixinə qədər pandemiyanın ölkədə yayılmasının tədqiqatının aparılacağı və böyük tədbirlərin (konsertlər, sərgilər və s.) nə zaman baş tutacağı barəsində daha sonra ictimaiyyətin məlumatlandırılacağı bildirilib.

Bununla yanaşı, sosial məsafənin və gigiyena qaydalarına əməl etmənin zərurəti vurğulanıb. İsveçrədə genişləndirilmiş test strategiyasının və təmasların rəqəmsal izlənilməsi (contact tracing) üzərində işin aparıldığı qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti