...

G20-nin videokonfransı son dəqiqədə təxirə salınıb

Dünya xəbərləri Materials 25 Aprel 2020 09:39 (UTC +04:00)
G20 ölkələri liderlərinin ikinci videokonfransı son dəqiqədə təxirə salınıb
G20-nin videokonfransı son dəqiqədə təxirə salınıb

Bakı. Trend:

G20 ölkələri liderlərinin ikinci videokonfransı son dəqiqədə təxirə salınıb.

Trend-in məlumatına görə, buna ABŞ və Çin arasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rolu barədə fikir ayrılığı səbəb olub.

Qeyd olunur ki, iclasdan əvvəl ABŞ koronavirus epidemiyası yayılmağa başladığı vaxt ÜST-ün fəaliyyəti barədə hesabat verməsini tələb edib. Çin tərəfi isə təşkilatın fəaliyyətini araşdırmaqdan imtina edib.

Bununla əlaqədar olaraq, videokonfransın keçirilməməsi qərara alınıb. G20-nin növbəti videokonfransı tərəflər arasında fikir ayrılıqları aradan qalxandan sonra keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti