...

Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb

Dünya xəbərləri Materials 13 May 2020 11:11 (UTC +04:00)
Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz azalaraq 643,25 milyon dollara bərabər olub.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,2 faizini təşkil edib.

Aprel ayında Türkiyə 160,675 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2019-cu ilin apreli ilə müqayisədə 18,5 faiz azdır.

Aprel ayında müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,68 faizini təşkil edib.

Son 12 ay ərzində (aprel 2019 – aprel 2020) Türkiyə 2,572 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti