...

İtaliyada koronavirusa yoluxanların yarısı sağalıb

Dünya xəbərləri Materials 13 May 2020 21:29 (UTC +04:00)

Bakı. Trend:

İtaliyada yeni koronavirusun səbəb olduğu xəstəlikdən sağalan insanların sayı, pandemiya zamanı ölkədə yoluxan insanların ümumi sayından çox olub.

Trend-in məlumatına görə, bu barədə İtaliya Mülki Müdafiə Departamenti bildirib.

Məlumata əsasən, 222104 yoluxan şəxsdən 112 541 nəfər sağalıb.

Eyni zamanda, son sutkada 3 502 nəfərin sağaldığı, 888 nəfərin yoluxduğu bildirilir. Gün ərzində 195 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib və ölənlərin ümumi sayı 31 106 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti