...

Braziliyada koronavirusa yoluxanların sayı rekord sürətlə artır

Dünya xəbərləri Materials 31 May 2020 05:23 (UTC +04:00)
Braziliyada koronavirusa yoluxanların sayı rekord sürətlə artır

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa rekord sayda - 33 274 yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, gündəlik yoluxma hallarında ardıcıl üçüncü dəfədir ki rekord göstəricilər qeydə alınır (cümə axşamı 26 417 yoluxma halı, cümə günü 26 928 yoluxma halı).

Bildirilir ki, ölkədə koronavirusa yoluxma hallarının ümumi sayı 498 440 nəfərə çatıb. Ötən sutka ərzində 956 nəfər koronavirusdan vəfat edib, ölənlərin ümumi sayı 28 834 nəfər təşkil edir.

Səhiyyə Nazirliyindən əlavə ediblər ki, koronavirusa yoluxan 200 mindən artıq insan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti