...

Türkiyədə təhlükəli terrorçu məhv edilib

Dünya xəbərləri Materials 3 İyun 2020 08:12 (UTC +04:00)
Türkiyədə təhlükəli terrorçu məhv edilib

Bakı. Trend:

TKP/ML terror təşkilatının üzvü Həsən Ataş Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçunun məhv edilməsi üzrə xüsusi əməliyyat Tuncəli əyalətinin Ovacıq rayonunda keçirilib. "Şerzan" kod adı ilə tanınan H.Ataş Türkiyə Daxili İşlər Nazirliyinin "narıncı siyahı"sında olub.

Bildirilir ki, onun tutulmasına hakimiyyət təxminən 1 milyon lirə mükafat təyin etmişdi.

Qeyd edilir ki, regionda terrorçuluğa qarşı əməliyyatlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti