...

Ruhani: Məhdudiyyətlər yenidən tətbiq oluna bilər

Dünya xəbərləri Materials 13 İyun 2020 12:39 (UTC +04:00)
Ruhani: Məhdudiyyətlər yenidən tətbiq oluna bilər

Bakı. Elnur Bağışov - Trend:

İranda nəzərdə tutulan qaydalara riayət olunmazsa, məhdudiyyətlərin yenidən tətbiq olunması mümkündür.

Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Milli Komitəsinin iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, İranın hər hansı bir vilayətində insanlar təhlükə ilə üzləşərsə, məhdudiyyətlər qaçılmaz olacaq.

İran Prezidenti deyib ki, bu gündən İranda bir sıra məhdudiyyətlər ləğv olunur:

“Dəvətlər əsasında ixtisaslaşmış sərgilərin keçirilməsi, tutumunun 50%-nin dolması şərtinə riayət etməklə böyük zalların açılması və qəhvəxanaların fəaliyyətə başlamasına icazə verilir”

Qeyd edək ki, 19 fevraldan ötən günədək İranda 182 545 nəfər koronavirusa yoluxub, 8 659 nəfər bu virusdan ölüb və 144 649 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti