...

Honq Konqda etiraz aksiyası keçirilir - Yüzlərlə saxlanılan var

Dünya xəbərləri Materials 1 İyul 2020 15:21 (UTC +04:00)
Honq Konqda etiraz aksiyası keçirilir - Yüzlərlə saxlanılan var

Bakı. Trend:

Honq Konqda Çinin qəbul etdiyi təhükəsizlik haqqında qanuna etiraz olaraq aksiya keçirilir.

Trend-in məlumatına görə, aksiya zamanı saxlanılan şəxslərin sayı 180 nəfəri keçib.

Polis etirazçılara qarşı su şırnaqlarından istifadə edib.

Qeyd edək ki, Çin uzun müddət etirazlara səbəb olmuş qanun layihəsini qəbul edib və qanun iyunun 30-dan etibarən qüvvəyə minib. Ötən gün bu qanun çərçivəsində Honq Konqda ilk həbs də həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti