...

Yaponiya və ABŞ Ayda araşdırmalar sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalayıblar

Dünya xəbərləri Materials 11 İyul 2020 08:37 (UTC +04:00)
Yaponiya və ABŞ Ayda araşdırmalar sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalayıblar

Bakı. Trend:

Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiya nazirliyinin və ABŞ Milli aeronavtika və kosmik agentliyinin (NASA) nümayəndələri Ayın kəşfiyyatı proqramında əməkdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.

Trend-in məlumatına görə, deklarasiyada yapon tərəfinin Aykənarı "Gateway" stansiyanın yaradılmasında iştirakı qeyd olunur.

Xatırladaq ki, Yaponiya hökuməti NASA-nın Ay proqramına qoşulma qərarını 18 oktyabr 2019-cu ildə verib.

Yeni proqram "Artemis" adlandırılıb. O, üç hissədən ibarət olacaq: Artemis-1: Ayın ətrafında ağır "Space Launch System" raketinə quraşdırılmış "Orion" kosmik gəmisinin pilotsuz uçuşu və Yerə qayıtması, bu mərhələ 2020-ci ilin ikinci yarısına planlaşdırılır; Artemis - 2: Yerin təbii peyki ətrafında ekipajlı gəminin dövrü, 2022-ci ilə planlaşdırılır; Artemis 3 - 2024-cü ildə astronavtların Aya enişi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti