...

Fransada ağır yol qəzası olub, 5 uşaq həlak olub

Dünya xəbərləri Materials 21 İyul 2020 04:29 (UTC +04:00)
Fransada ağır yol qəzası olub, 5 uşaq həlak olub

Bakı. Trend:

Fransanın Drom departamentində ağır yol qəzası baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, A7 avtomobil yolu ilə hərəkət edən "Renault" markalı avtomobilin əyləci tutmayıb və avtomobil yoldan kənara çıxaraq aşıb. Daha sonra avtomobil alışıb.

Bildirilir ki, 7 nəfər üçün nəzərdə tutulan avtomobildə 9 nəfər olub. Qəza nəticəsində 5 uşaq həlak olub, 4 nəfər isə yaralanıb.

Fransanın baş naziri Jan Kasteks öz "Twitter" səhifəsində ölənlərin ailələrinə başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti