...

Türkiyədə koronavirusdan sağalanların sayı 210 min nəfəri ötüb

Dünya xəbərləri Materials 27 İyul 2020 21:48 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 210 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 630 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 919 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 227 019 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 210 469 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti