...

Livanda partlayışda həlak olanların sayı 137 nəfərə yüksəlib (Əlavə olunub)

Dünya xəbərləri Materials 5 Avqust 2020 23:00 (UTC +04:00)
Livanda partlayışda həlak olanların sayı 137 nəfərə yüksəlib (Əlavə olunub)

Bakı. Trend:

Beyrut limanında dəhşətli partlayış nəticəsində ölənlərin sayı 137 nəfərə çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin səhiyyə nazirliyindən bildirib.

Partlayış nəticəsində 5 minə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb.

XXX

10:43

Livanın paytaxtı Beyrutda ötən gün baş vermiş güclü partlayış nəticəsində həlak olanların sayı 100 nəfəri keçib.

Trend-in məlumatına görə, bunu Livanın Qırmızı Xaç komitəsi bildirib.

Qeyd olunur ki, dağıntılar altında çoxlu sayda qalanlar olduğu üçün, ölü sayı arta bilər.

Yaralıların sayı isə 4 mini keçir. Şəhər xəstəxanalarında yerlər dolduğu üçün bəzi yaralıları morqlarda qəbul edirlər.

Bundan başqa, partlayış nəticəsində havaya zərərli maddələrin yayıldığı barədə məlumat verilib. Sakinlərə evləri tərk etməmək tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti