...

İsraildə koronavirusa yoluxanların sayı 90 min nəfəri ötüb

Dünya xəbərləri Materials 15 Avqust 2020 08:41 (UTC +04:00)
İsraildə koronavirusa yoluxanların sayı 90 min nəfəri ötüb

Bakı. Trend:

İsraildə ötən gün yeni növ koronavirusa 1 258 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 91 080 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 66 965 nəfəri sağalıb, 665 nəfəri isə vəfat edib.

Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 23 450 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti