Bakı. Trend:
Kanada hökuməti pandemiya ilə əlaqədar xarici vətəndaşların ölkəyə girişinə qoyulan qadağanı sentyabrın 30-dək uzadıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ictimai təhlükəsizlik və fövqəladə hallara hazırlıq naziri Vilyam Bler məlumat verib.
"Hökumətimiz Kanadaya beynəlxalq səyahətlərə aid mövcud məhdudiyyətləri daha bir ay - sentyabrın 30-dək uzadır", - nazir "Twitter" səhifəsində yazıb.
Qadağa ilk dəfə martın 16-da tətbiq edilib, iyulun 1-dək qüvvədə olub və bir neçə dəfə uzadılıb. Tədbir ABŞ-dan Kanadaya və əksinə nəqliyyat edən yük daşımaları həyata keçirən sürücülərə, həkimlərə və bir sıra digər vətəndaşlara şamil edilmir.