...

İsraildən BƏƏ-yə ilk kommersiya uçuşu baş tutub

Dünya xəbərləri Materials 31 Avqust 2020 13:43 (UTC +04:00)
İsraildən BƏƏ-yə ilk kommersiya uçuşu baş tutub

Bakı. Trend:

İsraildən Birləşmiş Ərəb Əmirliklərinə ilk kommersiya uçuşu baş tutub.

Trend-in məlumatına görə, İsrailin “El Al” aviaşirkətinə məxsus təyyarə Təl-Əvivdən Əbu-Dabiyə yola düşüb.

Uçuşun müddəti 3 saat davam edib. Təyyarənin göyərtəsində İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın köməkçiləri yer alıb.

Uçuşla əlaqədar Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açıq elan edib.

Qeyd edək ki, avqustun 13-də İsraillə BƏƏ arasında münasibətlərin normallaşması barədə saziş əldə olunmuşdu. Ötən həftə sonu isə BƏƏ İsrailə qarşı iqtisadi boykotu dayandırdığını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti