Bakı. Trend:
Böyük Britaniyanın paytaxtı London şəhərində yeni növ koronavirusla (COVİD-19) bağlı karantinin tətəbiq edilməsinə və peyvəndləməyə qarşı etiraz aksiyası keçirilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, etiraz aksiyası zamanı etirazçılarla polislər arasında toqquşmalar baş verib.
Məlumata əsasən, 32 etirazçı qanun pozuntularına görə polis əməkdaşları tərəfindən saxlanılıb.