...

Avropa Parlamenti demokratik proseslərə xarici müdaxilə üzrə komitə yaradıb

Dünya xəbərləri Materials 23 Sentyabr 2020 23:05 (UTC +04:00)
Avropa Parlamenti demokratik proseslərə xarici müdaxilə üzrə komitə yaradıb

Bakı. Trend:

Avropa Parlamenti demokratik proseslərə xarici müdaxilələrlə bağlı xüsusi komitənin yaradıldığını bəyan edib.

Trend-in məlumatına görə, komitəyə sosialist və demokratlar fraksiyasını təmsil edən fransız millət vəkili Rafael Qluksman rəhbərlik edəcək.

"33 millət vəkilindən ibarət xüsusi komitə Aİ ölkələrində seçkilərə təsir göstərə biləcək siyasi kampaniyaların maliyyələşdirilməsi də daxil olmaqla xaricdən manipulyasiyaları öyrənmək və ittifaqın dezinformasiya ilə mübarizə yollarını müzakirə etmək vəzifəsini daşıyır", - sənəddə bildirilir.

Avropa Parlamentinin bütün digər komitələri kimi, yeni xüsusi komitə də Brüsseldə fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti