...

Ermənistanda dizenteriya yayılıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2020 14:07 (UTC +04:00)
Ermənistanda dizenteriya yayılıb

Bakı. Trend:

Ermənistanın Lori vilayətində 39 nəfər dizenteriyaya yoluxub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunub ki, oktyabrın 6-da 6 nəfər dizenteriya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Oktyabrın 6-dan 8-dək daha 33 nəfərdə eyni xəstəlik aşkar edilib. Bütün xəstələr xəstəxanaya gətirilib.

Bütün yoluxanların eyni məhəllədə yaşadığı və eyni mənbədən sudan istifadə etdiyi məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti