...

İsraildə son sutkada 3 min nəfər koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 13 Oktyabr 2020 03:38 (UTC +04:00)
İsraildə son sutkada 3 min nəfər koronavirusa yoluxdu

Bakı. Trend:

İsraildə son sutkada 3060 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Ümumilikdə, ölkədə 293 553 koronavirusa yoluxma halı qeydə alınıb. Hazırda 52 892 xəstə müalicə alır, onlardan 827-nin vəziyyəti ağır, 227-nə ciyərlərin süni ventilyasiya cihazı qoşulub.

Xatıraldaq ki, 18 sentyabrda İsrail təkrarən karantin tətbiq etdi, 25 sentyabrda isə tədbir tamamilə sərtləşdirildi. Karantin qaydalarına əsasən vətəndaşlar üzrlü səbəb olmadan evlərindən çıxa bilməzlər, qrup halında toplanmaq qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti